Dəyərli elm adamı!
25-26 aprel 2025-cü il tarixlərində keçirəcəyimiz “Azərbaycan psixoloqlarının I forumu”nda iştirakınızdan məmnun olarıq. Psixoloqları bir araya gətirməklə psixologiya səhəsində yeniliklər, aparılan elmi-tədqiqatlar üzrə təcrübələri bölüşmək, mövcud problemlərin həlli istiqamətində yerli və beynəlxalq təcrübələr üzrə fikir mübadiləsi aparmaqla gələcək perspektivləri müəyyənləşdirmək məqsədi ilə, Siz dəyərli elm adamlarını Naxçıvana dəvət edirik. Forum çərçivəsində konfrans, seminar və vörkşoplar keçiriləcəkdir.
Elmi etikaya uyğun olaraq təqdim olunan orijinal tədqiqatların yer alacağı konfransda məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır.
Konfransa dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
Hörmətlə,
“Azərbaycan psixoloqlarının I forumu”nun təşkilat komitəsi
Əlaqə:
psixoforum@ndu.edu.az
(036) 5440861 (3300, 3220)
(+994) 51 325 11 11 Çapay Quliyev
(+994)70 247 43 23 Taleh Xəlilov