DƏVƏT MƏKTUBU

Dəyərli elm adamı!
25-26 aprel 2025-cü il tarixlərində keçirəcəyimiz “Azərbaycan psixoloqlarının I forumu”nda iştirakınızdan məmnun olarıq. Psixoloqları bir araya gətirməklə psixologiya səhəsində yeniliklər, aparılan elmi-tədqiqatlar üzrə təcrübələri bölüşmək, mövcud problemlərin həlli istiqamətində yerli və beynəlxalq təcrübələr üzrə fikir mübadiləsi aparmaqla gələcək perspektivləri müəyyənləşdirmək məqsədi ilə, Siz dəyərli elm adamlarını Naxçıvana dəvət edirik. Forum çərçivəsində konfrans, seminar və vörkşoplar keçiriləcəkdir. Elmi etikaya uyğun olaraq təqdim olunan orijinal tədqiqatların yer alacağı konfransda məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır. Konfransa dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.

Hörmətlə,
“Azərbaycan psixoloqlarının I forumu”nun təşkilat komitəsi

Əlaqə:
psixoforum@ndu.edu.az
(036) 5440861 (3300, 3220)
(+994) 51 325 11 11 Çapay Quliyev
(+994)70 247 43 23 Taleh Xəlilov

ƏSAS MƏLUMATLAR

MÜHÜM MƏLUMATLAR:
  • - Ödənişsiz iştirak
  • - Üz-üzə və online təqdimatlar
  • - Xülasə və tam məqalə nəşri
  • - İştirak sertifikatı
  • - Seminarlarda ödənişsiz iştirak
  • - Vörkşoplar (ödənişli 20 Azn)
MÜHÜM TARİXLƏR:
  • Qeydiyyat, xülasə və tam mətin göndərilməsi üçün son tarix: 04.04.2025
  • Forumun proqramının yayım tarixi: 11.04.2025
  • Konfransın keçirilmə tarixi: 25-26.04.2025
  • Konfrans kitabının yayım tarixi: 23.05.2025
  • Konfransın dili: Azərbaycan, türk, rus və ingilis dilləri
  • Vörkşoplarda iştirak:
    Qeydiyyatdan keçmək üçün son tarix 21.04.2025
ƏSAS İSTİQAMƏTLƏR:
  • Ümumi psixologiya
  • Sosial psixologiya
  • Pedaqoji və inkişaf psixologiyası
  • Hüquq psixologiyası
  • Klinik psixologiya
  • Korreksiyaedici təlim və defektologiya
  • İnkluziv təhsil

Qeydİyyat və məqalə qəbulu

Əgər qeydiyyatdan əvvəlcədən keçmisinizsə məqalə və ya tezisinizi psixoforum@ndu.edu.az e-poçt ünvanına göndərin.